...

Azərbaycan neftinin qiymətləri: 14-18 may həftəsinin yekunları

Energetika Materials 19 May 2012 13:55 (UTC +04:00)
14-18 may həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 113,3 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 14-18 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir E.İsmayılov/

14-18 may həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 113,3 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təqribən 2,9 dollar/barel azdır.

14-18 may həftəsində AZERI LT-nin qiyməti maksimum 114,64, minimum isə 110,82 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

14-18 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,23 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,83 dollar/barel azdır.

14-18 may həftəsində URALS-ın qiyməti maksimum 109,31, minimum isə 106,37 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

14-18 may həftəsində "Brent Dated" növünün orta qiyməti 110,09 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,96 dollar/barel azdır.

14-18 may həftəsində "Brent Dated"in maksimum qiyməti 111,2, minimum isə 108,21 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti