...

Türkiyədə partlayış Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinə təsir etməyib – BP (ƏLAVƏ OLUNUB)

Energetika Materials 30 May 2012 11:53 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin ixracında heç bir problem yoxdur. Bu barədə çərşənbə günü Trend-ə BP şirkətindən (boru kəmərinin operatoru) bildiriblər.
Türkiyədə partlayış Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinə təsir etməyib – BP (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 10:45-də yayılıb)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Əliyev/

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin ixracında heç bir problem yoxdur. Bu barədə çərşənbə günü Trend-ə BP şirkətindən (boru kəmərinin operatoru) bildiriblər.

Bundan əvvəl Türkiyə KİV-i Qars vilayətindəki neft kəmərindəki partlayış və ixracın bərpa olunması üzrə görülən işlər haqqında məlumat yaymışdı.

BP-dən bildirilir ki, BCT ilə neft nəqli normal rejimdə həyata keçirilir.

Bu gün həmin neft kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil olunan neft, "Şahdəniz" yatağından kondensat və Türkmənistan nefti nəql olunur.

İlkin məlumata görə, Türkiyə vilayətindəki partlayış qaz nəqli infrastrukturuna ziyan vurub. Nəticədə Türkiyənin BOTAŞ şirkətinin qaz əməliyyatlarının həyata keçirilməsində problemlər yaranıb.

BOTAŞ-dan Trend-ə deyildiyi kimi, partlayış Türkiyənin Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Azərbaycandan alınan qazın paylandığı daxili qaz nəqliyyatı infrastrukturunda baş verib. Hadisə zamanı qaz kəmərinin özünə ziyan dəyməyib.

Xəbər lenti

Xəbər lenti