...

Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 3 İyul 2012 10:02 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq iyulun 3-də saat 09:00-dan 20:00-dək "Quba" qazpaylayıcı stansiyası və Dilman-Şərədil xətti istisna olmaqla, "Şamaxı" avtomatik qazpaylayıcı stansiyası, saat 10:00-dan isə "Yeni Suraxanı" qazpaylayıcı stansiyasından qidalanan "Yeni Suraxanı" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Təmir işləri ilə əlaqədar olaraq iyulun 3-də saat 09:00-dan 20:00-dək "Quba" qazpaylayıcı stansiyası və Dilman-Şərədil xətti istisna olmaqla, "Şamaxı" avtomatik qazpaylayıcı stansiyası, saat 10:00-dan isə "Yeni Suraxanı" qazpaylayıcı stansiyasından qidalanan "Yeni Suraxanı" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Təmir işləri müddətində Quba rayonunun Çartəpə, Aşağı Xuc, Orta Xuc, Aşağı Atuc və Susay qışlaq kəndlərinə, Şamaxı şəhəri daxil olmaqla, rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə, həmçinin Yeni Ramana qəsəbəsinin bir hissəsi və Yeni Suraxanı qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti