...

ARDNŞ Azərbaycanda qazlaşma səviyyəsini 95 faizə çatdıracaq

Energetika Materials 9 İyul 2012 19:19 (UTC +04:00)
İyunun 1-nə Azərbaycanda qazlaşma səviyyəsi 75,9 faizə çatıb.
ARDNŞ Azərbaycanda qazlaşma səviyyəsini 95 faizə çatdıracaq

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/

İyunun 1-nə Azərbaycanda qazlaşma səviyyəsi 75,9 faizə çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, o cümlədən qeyd edilən dövrdə qazlaşma səviyyəsi Bakı şəhərində 95,8 faizə, regionlarda isə 64,8 faizə çatdırılıb.

"Dövlət tapşırığına uyğun olaraq, 2013-cü ilin sonuna qədər ölkənin qazlaşma səviyyəsinin 95 faizə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilir", - Hacıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti