...

ARDNŞ Azərbaycanda BP-nin layihələrində müqaviləçi olacaq

Energetika Materials 17 Sentyabr 2012 14:21 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda BP-nin operatorluğu altında reallaşdırılan layihələrdə müqaviləçi olacaq.
ARDNŞ Azərbaycanda BP-nin layihələrində müqaviləçi olacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda BP-nin operatorluğu altında reallaşdırılan layihələrdə müqaviləçi olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

"Müqaviləçi qismində "Bos Shelf" şirkəti çıxış edəcək. Şirkət artıq ARDNŞ-nin tam mülkiyyətindədir. ARDNŞ bu şirkətdə xarici iştirakçıların payını satın alıb", - Abdullayev deyib.

Daha əvvəl ARDNŞ və "Star Gulf FZJO"nun "Bos Shelf" şirkətində bərabər payları var idi.

ARDNŞ prezidenti qeyd edib ki, əvvəllər podratçı şirkətlər qismində çıxış etmiş "McDermott", "Saipem" kimi böyük şirkətlər bundan sonra "Bos Shelf"in subpodratçıları qismində çıxış edəcəklər.

"Bos Shelf" Heydər Əliyev adına Dərin Özülləri Zavodunun xidmət və aktivlərini istifadə edəcək", - o, qeyd edib.

"Bos Shelf" və Dərin Özülləri zavodunun birləşməsi, habelə zavod işçilərinin qovulması məsələsinə toxunan Abdullayev vurğulayıb ki, gündəliyə belə məsələ çıxarıla bilməz və gələcəkdə bu zavod aktivlərin sahibi qismində çıxış edəcək, "Bos Shelf" isə zavodun təqdim etdiyi aktiv və xidmətlərindən istifadə edəcək. Onun sözlərinə görə, zavod işçilərinin qovulmasından söhbət gedə bilməz, yüksəkixtisaslı kadrlar işlərini davam etdirəcəklər və ixtisaslarını daha da artırmaq üçün zəruri tədris alacaqlar.

Azərbaycanda BP layihələrinin podratçısı qismində çıxış edəcək "Bos Shelf" strukturu BP şirkətinin tələblərinə uyğunlaşdırılmalıdır.

"Əgər əvvəllər podratçı qismində xarici şirkətlər çıxış edirdilərsə, indi bu rolu yerli şirkət icra edəcək", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti