...

Azərbaycanda isitmə mövsümünə başlamaq üçün hazırlıq işləri başa çatıb

Energetika Materials 5 Noyabr 2012 17:57 (UTC +04:00)
"Azəristiliktəchizat" ASC noyabrın 15-dən Azərbaycanda isitmə mövsümünü açıq elan edəcək. Bu barədə bazar ertəsi Trend-ə ASC-dən bildiriblər.
Azərbaycanda isitmə mövsümünə başlamaq üçün hazırlıq işləri başa çatıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.İsmayılov/

"Azəristiliktəchizat" ASC noyabrın 15-dən Azərbaycanda isitmə mövsümünü açıq elan edəcək. Bu barədə bazar ertəsi Trend-ə ASC-dən bildiriblər.

ASC-dən deyiblər ki, xüsusən istilik xətlərinin çəkilməsi, təmiri və dəyişdirilməsi, istilik qazanlarının tikintisi və təmiri, habelə nasosların quraşdırılması və təmiri üzrə işlər aparılıb. Qış mövsümünə hazırlıq çərçivəsində bütün zəruri işlər aparılıb və ASC artıq bu ayın ortalarından isitmə mövsümünü açıq elan etməyə hazırdır.

"İstehlakçıları istiliklə yüksək səviyyədə təmin etmək məqsədilə bütün zəruri işlər görülüb. Hazırda bütün avadanlıqlar hazır vəziyyətə gətirilib", - qurumdan qeyd ediblər.

Həmçinin, ayın ortalarınadək tikintisi artıq yekunlaşan bir sıra qazanxanaların istismara verilməsi planlaşdırılır.

"Bu obyektləri qrafikə uyğun olaraq dekabrda işə salmaq planlaşdırılırdı, lakin bütün zəruri işlər aparıldı və artıq noyabrın ortalarında həmin obyektlər fəaliyyətə başlaya bilərlər", - ASC-dən deyiblər.

Hazırda yeni qazanxanaların qaza qoşulması üzrə işlər, xüsusilə, sənədləşdirmə prosesi aparılır və bu başa çatdıqdan sonra istilik qazanları işə başlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti