Azərbaycan, Bakı, 27 noyabr /Trend/
Bu gün Qobustan rayonunun Hilmilli kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Qobustan rayon İcra Hakimiyyəti və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 541 abonenti olan Hilmilli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 24500 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 369 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İlkin mərhələdə 369 evə təbii qaz veriləcək, digər evlərin qazlaşdırılması isə mərhələli şəkildə həyata keçiriləcək.