...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 457 207-yə çatıb

Energetika Materials 12 Dekabr 2012 16:23 (UTC +04:00)
Dekabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 457 207-yə çatıb ki, onlardan 1 439 264 əhali, 17 943 qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 457 207-yə çatıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Dekabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 457 207-yə çatıb ki, onlardan 1 439 264 əhali, 17 943 qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu abonentlərin 656 211-i Bakı şəhəri (646 635 əhali, 9576 qeyri-əhali abonenti), 800 996-sı isə regionların (792 629 əhali, 8367 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə 1 456 291 abonent (99,9 faiz) sayğaclaşdırılıb ki, bunların da 1 438 348-i əhali (99,9 faiz), 17 943-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 646 049 əhali abonenti (99,9 faiz), 9576 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 792 299 əhali abonenti (100 faiz) və 8367 qeyri-əhali abonenti (100 faiz). Ümumilikdə Bakı şəhəri üzrə 655 625 abonent (99,9 faiz), regionlar üzrə isə 800 666 abonent (100 faiz) sayğaclaşdırılıb.

Ötən müddətdə əhali abonentlərinin mənzillərində təxminən 540 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti