...

ARDNŞ-nin neft emalı zavodunun tikintisi üzrə tenderin qalibi müəyyən edilib

Energetika Materials 25 Dekabr 2012 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir A.Tağıyeva /

ARDNŞ-nin Türkiyədəki neft emalı zavodunun tikintisi üzrə tenderin qalibi müəyyən edilib. Trend-in məlumatına görə, bunu "SOCAR-Turkey Enerji A.Ş" şirkətinin rəhbəri Kənan Yavuz Bloomberg HT telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə,tenderin qalibi Koreya, İtaliya, İspaniya və Yaponiya şirkətlərinin daxil olduğu konsorsium olub. Həmin şirkətlərlə saziş 2013-cü ilin yanvarında imzalanacaq.

"NEZ-in tikintisinə artıq 200 milyon dollar sərmayə qoyulub. Konsorsium dörd il ərzində investisiyaları başa çatdırmağı planlaşdırır", - Yavuz deyib.

O qeyd edib ki, Türkiyədə daha iki NEZ-in tikilməsi vacibdir. Bu NEZ-in tikilməsindən sonra Türkiyə üçüncü, 2014-cü ildən sonra isə dördüncü NEZ-in tikilməsi haqqında düşünməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti