...

Azərbaycanda qaz abunəçilərinin sayı artır

Energetika Materials 28 Dekabr 2012 11:30 (UTC +04:00)
Dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda qaz abunəçilərinin sayı noyabrın 1-nə olan 1 444 156 milyona qarşı 1 457 202 milyon təşkil edir.
Azərbaycanda qaz abunəçilərinin sayı artır

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

Dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda qaz abunəçilərinin sayı noyabrın 1-nə olan 1 444 156 milyona qarşı 1 457 202 milyon təşkil edir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin cümə günü "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Hacıyevin sözlərinə görə, abunəçilərin ümumi sayından 1 439 264 nəfər əhali qrupunun, 17 943 abunəçi isə digər abunəçilərin payına düşür.

Qaz abunəçilərinin ümumi sayından 656 211 nəfər (əhali qrupundan 646 635) Bakının payına, qalan 800 996 min nəfər isə (əhali qrupundan 792 629) ölkənin digər regionlarının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti