...

Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 17 Yanvar 2013 19:07 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq, yanvarın 18-də saat 09:00-dan 17:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla Şamaxı avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Təmir işləri ilə əlaqədar olaraq, yanvarın 18-də saat 09:00-dan 17:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla Şamaxı avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti