Azərbaycan, Bakı, 2 mart /Trend/
Ukrayna hələ də "Qazprom"a olan 7 milyard dollar borcunu ödəməyib. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, Ukraynanın baş naziri Nikolay Azarov Rusiya tərəfinin arqumentlərinin əsaslandırılmamış olduğunu bildirib.
"Biz onlara çox nəzakətli şəkildə dedik ki, bu, 7 milyard dollarlıq iddia əsaslandırılmayıb və onu ödəməyəcəyik" - deyə Azarov söyləyib.
Qeyd edək ki, "Qazporm" və Ukrayna bu məsələ ilə bağlı iki dəfə görüş keçirib, lakin qoyulmuş məbləğ üzrə məsələ qaldırılmayıb.
Fevral ayında Ukraynanın prezidenti Viktor Yanukoviç deyib ki, onun ölkəsi borcu ödəməyəcək, lakin tərəflər enerji sahəsində danışıqları davam etdirirlər. Normal əməkdaşlığın qurulması üçün isə real şərait var.
Hazırda Rusiya və Ukrayna ikincinin qaz sisteminin idarəedilməsi və mavi yanacağın qiymətinin azaldılması istiqamətində danışıqlar aparır.
Yanukoviç, həmçinin, bildirib ki, Ukrayna qazın nəqli üçün müxtəlif marşrutlara da baxa bilər.