Azərbaycan, Bakı, 24 may /Trend/
Bu gün Zərdab və Şabran rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zərdab rayonunun 71 abonentdən ibarət yeni qəsəbəsinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3200 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf, 71 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Şabran rayonunun 115 abonenti olan Kilvar kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 18 368 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 10 310 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 115 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.