Azərbaycan, Bakı, 6 avqust /Trend/
2013-cü ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 559 379 ton Azərbaycan nefti nəql olunub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar- iyul aylarında bu kəmərlə 17 739 955 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il avqust ayının 1-dək BTC-yə 223 191 769 ton neft vurulub.
Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 251 713 ton Türkmənistan nefti nəql olunub.