...

Azərbaycanda qaz istehlakı azalıb

Energetika Materials 22 Avqust 2013 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir E.İsmayılov/

22 avqust 2013-cü il tarixinə olan məlumatlara görə, əhaliyə verilən gündəlik qazın həcmi 5,2 milyon kubmetr qaz təşkil edib. İyulun 29-da qeydə alınan göstəriciyə görə, bu rəqəm 5,4 milyon kubmetr təşkil edib. Bu barədə Trend-ə açıqlamasında ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) olan mənbə bildirib.

Şirkətdən verilən məlumata görə, ölkədə gündəlik qaz istehlakının ümumi həcmindən 3,1 milyon kubmetri Bakının payına düşüb.

ARDNŞ-dən vurğulanıb: "Hazırda ölkənin regionlarına gündəlik 2,1 milyon kubmetr qaz istehlak edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti