...

Azərbaycan və Əfqanıstan energetika sahəsində memorandum imzalamağa hazırlaşır

Energetika Materials 4 Sentyabr 2013 13:07 (UTC +04:00)
Azərbaycan və Əfqanıstan energetika sahəsində memorandum imzalamağa hazırlaşır.
Azərbaycan və Əfqanıstan energetika sahəsində memorandum imzalamağa hazırlaşır

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Axundov /

Azərbaycan və Əfqanıstan energetika sahəsində memorandum imzalamağa hazırlaşır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyev Əfqanıstanın neft naziri Vahidullah Şahrani ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

N.Əliyevin sözlərinə görə, hər iki ölkənin nazirlikləri arasında əməkdaşlığın "yol xəritəsi" olacağı sənəd noyabrda Əfqanıstanın paytaxtı Kabulda imzalanacaq: "Biz xüsusilə neft və qaz, o cümlədən Əfqanıstanın xam neft bazasının genişləndirilməsi yolları, axtarış-kəşfiyyat işlərinin aparılması, neft-emalı sahəsində Azərbaycan tərəfinin köməkliyi məsələləri daxil olmaqla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik".

Nazirin sözlərinə görə, nazirliklər birgə işçi qrupun yaradılması məsələsinə də baxırlar. İşçi qrup çərçivəsində azərbaycanlı mütəxəssislər Əfqanıstan tərəfinin məlumatlarını öyrənəcək və bu ölkədə xam neft bazasının necə effektiv işlədilməsinə dair məsləhətlər verəcəklər.

Azərbaycan, o cümlədən Əfqanıstana neft qaz sahəsində mütəxəssislərin hazırlanmasını da təklif edir.

Şahrani Əfqanıstana açıqlamasında bildirib ki, Əfqanıstanda, o cümlədən Azərbaycanın tranzit imkanlarının istifadəsində maraqlıdır və artıq Türkmənistanla danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti