...

Balakən rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Energetika Materials 8 Oktyabr 2013 18:02 (UTC +04:00)
Bu gün Balakən rayonunun Roçəhməd, Böyük Tala və Əyri Tala kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Balakən rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Bu gün Balakən rayonunun Roçəhməd, Böyük Tala və Əyri Tala kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 12,5 kilometr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 94 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti