...

Ekspert: BTC boru kəmərinin uzunmüddətli dayandırılması halında alternativ ixrac marşrutlarının mövcudluğu çox vacibdir

Energetika Materials 19 Fevral 2014 19:31 (UTC +04:00)
Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında yeni müqavilənin imzalanmasının siyasi əhəmiyyəti daha vacibdir. Bunu Trend-ə açıqlamasında təhlükəsizlik və enerji məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.
Ekspert: BTC boru kəmərinin uzunmüddətli dayandırılması halında alternativ ixrac marşrutlarının mövcudluğu çox vacibdir

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında yeni müqavilənin imzalanmasının siyasi əhəmiyyəti daha vacibdir. Bunu Trend-ə açıqlamasında təhlükəsizlik və enerji məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəyli qeyd edib ki, mövcud ixrac infrastrukturunun coğrafiyası diversifikasiya imkanlarının hər zaman diqqətlə dəyərləndirilməsini zəruri edir. Xam neftin digər ixrac marşrutları - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, eləcə də Bakı-Batumi dəmiryolu - Gürcüstan və Türkiyə ərazisindən keçir.

Ekspert hesab edir ki, 2008-ci ildə olduğu kimi, hər hansı fors-major səbəbdən BTC boru kəmərinin nisbətən uzunmüddətli dayandırılması halında alternativ ixrac marşrutlarının mövcudluğu çox vacibdir: "Gürcüstan ərazisində hər hansı arzuolunmaz hadisənin baş verə biləcəyi halda isə belə fors-majorun aradan qaldırılması müddətində Şimal istiqaməti yeganə ixrac istiqaməti kimi istifadə oluna bilər. Onu da qeyd edim ki, fors-major hallarda ixrac imkanlarının məhdudluğu birbaşa hasilatın azalmasına səbəb ola bilər. Bu, əlavə diversifikasiya imkanlarının dəyərləndirilməsini daha da əhəmiyyətli edir".

Onun sözlərinə görə, əvvəlki müqavilə üzrə 1 ton neftin nəqli üçün tarif 15,67 ABŞ dolları idi və bu qiymət 16 ildən artıq bir müddətdə dəyişməz qalmışdı: "Etiraf etmək lazımdır ki, bu qiymət hazırkı bazar qiymətlərindən çox aşağı idi. Odur ki, "Transneft"in qiymət artırmaq istəyi təbii idi. Eyni zamanda, ARDNŞ-nin keyfiyyət bankı ilə bağlı tələbləri də kifayət qədər əsaslı idi. Yeni müqavilədə tərəflərin tarif məsələsində necə razılaşması barədə hələlik məlumat olmadığından məsələnin iqtisadi tərəflərini şərh etmək bir qədər çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti