...

Azərbaycanın 15-ə yaxın rayonunun qaz təchizatında fasilələr olacaq

Energetika Materials 11 İyun 2014 10:58 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın 15-ə yaxın rayonunun qaz təchizatında fasilələr olacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Quba, saat 16:00-dan 18:00-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eləcə də qaz nəqli sistemində görülən işlər və 720 mm-lik "Yevlax-Naxçıvan" magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18:00-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə, həmçinin 1220 mm-lik "Astara-Qazıməmməd" magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar 11.06.2014-cü il tarixdən 13.06.2014-cü il tarixədək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti