...

ARDNŞ ilin I yarısında Novorossiyskdən neft ixracını azaldıb

Energetika Materials 4 İyul 2014 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin yanvar-iyun aylarında Bakı-Novorossiysk şimal boru kəməri ilə 508,2 min ton neft ixrac edib. Ötən ilin analoji dövründə bu rəqəm 825,32 min ton olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.

İyunda şirkət Novorossiyskdən 84,58 min tona yaxın neft ixrac edib. Ötən ilin analoji dövründə bu göstərici 169,44 min ton olub.

2013-cü ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,75 milyon ton neft ixrac edib. 2012-ci ildə bu rəqəm 2,06 milyon ton olub.

Qeyd edək ki, ARDNŞ 2008-ci ildən etibarən Bakı-Novorossiysk boru kəmərinin operatorudur. Boru kəmərinin uzunluğu 1147 kilometrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti