...

ARDNŞ Novorossiyskdən neft ixracını xeyli azaldıb

Energetika Materials 1 Avqust 2014 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-iyul aylarında Bakı-Novorossiysk şimal boru kəməri üzrə 593 min ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 995 min ton olub.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti iyulda Novorossiyskdən 84,8 min ton neft ixrac edib. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 169,67 min tona bərabər olub.

ARDNŞ ötən il ümumilikdə Bakı-Novorossiysk şimal boru kəməri üzrə 1,75 milyon ton neft ixrac edib. 2012-ci ildə isə ixracatın həcmi 2,06 milyon ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti