Azərbaycan, Bakı, 26 avqust /Trend/
Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağında 1211 nömrəli quyuda qazma işlərinə başlayıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1088 metrdir. Bu, bütün müasir texnika və texnologiyalardan istifadə edilməklə Trest tərəfindən qazılan ilk horizontal quyudur.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacaq.