...

Büdcəyə vergi daxilolmalarının təxminən 25 faizini ARDNŞ-nin ayırmaları təşkil edir

Energetika Materials 7 Sentyabr 2014 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2013-cü ildə dövlət büdcəsinə vergi şəklində köçürülən vəsaitlərin ümumi həcminin 23,6 faizi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) payına düşür. Trend xəbər verir ki, bu barədə ARDNŞ-nin saytında dərc edilmiş 2013-cü ilin hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2013-cü ildə 6 663 633,4 min manat dövlət büdcəsinə ödənilən vergi və s. daxilolmalardan 1 574 494,0 min manatı ARDNŞ-nin payına düşür ki, bu da faiz nisbəti ilə respublika üzrə ümumi vergi ödənişlərinin 23,6%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti