...

Azərbaycan Rusiyaya qaz ixracını 2015-ci ildən tez bərpa etməyəcək

Energetika Materials 5 Noyabr 2014 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz ixracını 2015-ci ildə bərpa edəcək. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bildirib.

Bir müddət əvvəl Dövlət Neft Şirkəti Rusiyaya qaz ixracını Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun qalan hissəsinin tikintisi, həmçinin qaz nəqli infrastrukturunun özündə tikinti işləri ilə əlaqədar dayandırıb.

Abdullayev bildirib: "İşlər davam edir və ehtimal ki, qazın nəqli artıq gələn il bərpa ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti