...

"EY Azərbaycan" II SOCAR OGPC Forumunda strateji tərəfdaş qismində çıxış etdi (FOTO)

Energetika Materials 6 Noyabr 2014 16:35 (UTC +04:00)
EY Qazaxıstanda partnyor və Mərkəzi Asiya üzrə məsləhət təcrübəsinin rəhbəri Ksenia Babuşkina 6 noyabr 2014-cü il tarixində "Fairmont Baku" hotelində keçirilmiş 2-ci SOCAR OGPC Forumunda təqdimatla çıxış etdi.
"EY Azərbaycan" II SOCAR OGPC Forumunda strateji tərəfdaş qismində çıxış etdi (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

EY Qazaxıstanda partnyor və Mərkəzi Asiya üzrə məsləhət təcrübəsinin rəhbəri Kseniya Babuşkina 6 noyabr 2014-cü il tarixində "Fairmont Baku" hotelində keçirilmiş 2-ci SOCAR OGPC Forumunda təqdimatla çıxış etdi.

İki günlük forumda regiondan və dövlətdən neft və qaz liderləri, qlobal enerji, maliyyə və investisiya icmalarından hazırkı neft və qaz bazarlarına fəal cəlb olunmuş işgüzar nümayəndələr iştirak ediblər.

K.Babuşkina "Monitorinq və neft və qaz sektorunda əsaslı tikinti üzrə layihələrin uğurlu olması arasında qarşılıqlı əlaqə" adlı təqdimat keçirdi və əsas diqqəti risk səviyyələrinin artmasına qarşı qorunmaq və layihənin göstəricilərini artırmaq üçün dəstəkləyici alət, proses və resurslara və müvafiq monitorinq sisteminin olmasına yönəltdi.

O, qeyd etdi ki, layihənin hər mərhələsinin məqsədlərinə və onların nə dərəcədə riskin idarə edilməsi üzrə nəzarətə uyğun olmasına dair diqqətin yetirilməsi biznesin birbaşa maliyyə sabitliyinə və nüfuzuna təsir göstərən islahedici tədbirlərin formalaşdırılmasına kömək edir: "Monitorinq layihənin həyata keçirilməsinin müstəqil və obyektiv icmalını verir. Düzgün üsulu tətbiq etməklə monitorinq layihə ilə bağlı əminlik verir və biznesin maraqlı tərəflərinin gözləntilərini qarşılayır".

Forumun açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış edib. ARDNŞ-dən, həmçinin strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanov, prezidentin məsləhətçisi Əfqan İsayev və digər hökumət nümayəndələri iştirak ediblər. Onlar neft və qaz işləmə və neft-kimyəvi layihələrinin tikintisində keyfiyyətin artırılmasının vacibliyini vurğuladılar.

2-ci SOCAR OGPC Forumu regional və beynəlxalq neft və qaz icmalarına böyük miqyaslı layihələr və proseslər üzrə təcrübə və biliklərini bölüşmək üçün əla imkan yaratdı.

EY-ın Forumun strateji partnyoru qismində çıxış etmək təşəbbüsü daha effektiv həlləri təşviq etməklə və yerli və beynəlxalq təşkilatlar arasında ən yaxşı təcrübələri bölüşmək və əməkdaşlıq etmək üçün imkan yaratmaqla bölgədə neft və qaz sənaye məsələlərinə əhəmiyyətli təsiri var.

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini verib. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci ildönümüdür. Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti