...

"Neft Daşları"nda yeni quyu istismara verilib

Energetika Materials 24 Aprel 2015 17:00 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2152 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları"nda yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2152 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1636-1625 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti