...

"Azərişıq" müşavirə keçirdi (FOTO)

Energetika Materials 30 Aprel 2015 17:10 (UTC +04:00)
“Azərişıq” ASC Xaçmaz rayonunda şimal regionunun icra strukturlarının rəhbərləri və rayon elektrik təchizatı idarələrinin iştirakı ilə müşavirə keçirib.
"Azərişıq" müşavirə keçirdi (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

"Azərişıq" ASC Xaçmaz rayonunda şimal regionunun icra strukturlarının rəhbərləri və rayon elektrik təchizatı idarələrinin iştirakı ilə müşavirə keçirib.

Trend-in məlumatına görə, müşavirə iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Müşavirəni açan Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayev keçiriən görüşün əhəmiyyətindən və son aylar enerji sisteminin təchizatı ilə bağlı Azərbaycanın regionlarında, eləcə də şimal rayonlarında görülən genişmiqyaslı işlərdən danışıb.

"Azərişıq" ASC-nin sədri Baba Rzayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə Cəmiyyət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir.

Cəmiyyətin sədri qeyd edib ki, mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra "Azərişıq" ASC tərəfindən ilkin olaraq reabilitasiya planı hazırlanaraq həyata keçirilməsinə başlanılıb.

Onun sözlərinə görə, "Azərişıq" ASC tərəfindən Bakı, Şimal, Qərb, Cənub, Aran, Mərkəzi Aran və Şimal-Qərb regional idarələri yaradılıb: "Reabilitasiya proqramına əsasən I mərhələdə istehlakçıların fasiləsiz enerjiyə daha çox tələbatı olduğu region, şəhər, kənd və qəsəbələrdə 600 ədəd 10 kV-luq komplekt transformator məntəqələrinin quraşdırılmasına başlanılıb. Adından da göründüyü kimi, reabilitasiya planı ilkin mərhələ üçün təxirəsalınmaz tədbirlər görülməsini əhatə edir. Əsas görüləcək işlər regionların elektrik enerjisi ilə təchizatında əsaslı dönüşü nəzərdə tutan perspektiv inkişaf proqramı çərçivəsində həyata keçiriləcək. Təhvil alınan elektrik təchizatı şəbəkələri demək olar ki, yenidən qurulacaq, Bakı şəhərində olduğu kimi, regionlarda da elektrik şəbəkələrinin yeni, müasir infrastrukturları yaradılacaq".

B.Rzayev ölkənin enerji infrastrukturunun yenilənməsi barədə Azərbaycan hökumətinin dəstəyi ilə Dünya Bankı və Asiya İnkişaf Bankı ilə danışıqların aparıldığını da diqqətə çatdırıb.

Sonra Cəmiyyətin Texnoloji İnformasiya idarəsinin rəisi Qalib Həmidov "Azərişıq" ASC-nin Şimal regionu üzrə mövcud vəziyyətin təhlili və görüləcək işlər barədə təqdimatla çıxış edib.

O, yeni yaradılan Cəmiyyətin elektrikötürücü xətlərinin istismar vəziyyəti, elektrik enerjisi istehsalı və yığımı, şəbəkənin ticari və texniki itkiləri, sayğaclaşmanın vəziyyəti, elektron ödəmələrin tətbiqi və elektron xidmətlərə qoşulma haqqında geniş məlumat verib.

Q.Həmidov bildirib ki, inkişaf planına uygun olaraq, artıq ölkənin şimal regionunda 76 ədəd yeni KTM quraşdırılıb.

"ASAN xidmət"lə inteqrasiya sahəsində də intensiv işlərin görüldüyü diqqətə çatdırılıb. Şimal regionunun icra strukturlarının rəhbərləri müşavirədə çıxış edərək bu cür görüşlərin dəyərli olduğunu bildiriblər. Hər bir iştirakçı təmsil etdiyi rayonun mövcud problemləri və görülən işlərdən danışıb. Qeyd ediblər ki, "Azərişıq" tərəfindən aparılan reabilitasiya tədbirləri əhalinin enerji təminatında çox böyük dəyişiliklər yaradıb. Bu da son nəticədə sakinlərin etibarlı və keyfiyyətli enerji təminatına müsbət təsir göstərib.

Müşavirədə, həmçinin müvafiq qurumlar qarşısında dayanan vəzifələrdən danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, səmərəli təkliflər səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti