...

"Dədə Qorqud" qurğusunun iş qrafiki müəyyənləşdi

Energetika Materials 11 May 2015 19:00 (UTC +04:00)
Hazırda "Dədə Qorqud" yarımdalma üzən qazma qurğusu işlər başa çatdıqdan sonra "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokuna göndəriləcək.
"Dədə Qorqud" qurğusunun iş qrafiki müəyyənləşdi

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Maksim Tsurkov/

Hazırda Bakı Gəmiqayırma Zavodunda təmirdə olan "Dədə Qorqud" yarımdalma üzən qazma qurğusu işlər başa çatdıqdan sonra "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokuna göndəriləcək. Bunu Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, "Dədə Qorqud" qurğusunun təmiri qrafikə uyğun gedir: "Təmir yekunlaşdıqdan sonra platforma AÇG-yə göndəriləcək. İş burasındadır ki, "Şahdəniz" yatağında sualtı hasilat üçün qazma işləri aparılır, "Dədə Qorqud" isə bunun üçün hazırlanmayıb".

Mənbə qeyd edib ki, təmir yekunlaşdıqdan sonra "Şahdəniz"də işləyən "İstiqlal" qurğusunun təmirinə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti