...

TANAP Türkiyəni yeni iş yerləri ilə təmin edəcək

Energetika Materials 14 May 2015 13:25 (UTC +04:00)
Transanadolu qaz xəttinin (TANAP) inşası Türkiyədə yeni iş yerlərinin açılmasına səbəb olacaq və bu ölkə üçün çox vacibdir. Bu barədə Trend-ə cümə axşamı Türkiyənin Bayburt vilayətinin qubernatoru Yusif Odabaş bildirib.
TANAP Türkiyəni yeni iş yerləri ilə təmin edəcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Transanadolu qaz xəttinin (TANAP) inşası Türkiyədə yeni iş yerlərinin açılmasına səbəb olacaq və bu ölkə üçün çox vacibdir. Bu barədə Trend-ə cümə axşamı Türkiyənin Bayburt vilayətinin qubernatoru Yusif Odabaş bildirib.

Onun sözlərinə görə, Bayburt vilayətində 60 nəfərdən çox insan TANAP-ın tikintisində iştirak etmək üçün kurs bitirib.

O, bu kursların təşkil edilməsində "SOCAR Turkey Enerji" və TANAP konsorsiumun xüsusi əməyini qeyd edib.

Qubernatorun sözlərinə görə, TANAP Azərbaycan-Türkiyə dostluğunun əyani nümunəsi və əhəmiyyətli enerji layihəsidir.

Y.Odabaş enerji təhlükəsizliyinin təmin edilməsi baxımından TANAP layihəsinin əhəmiyyətini də vurğulayıb.

O qeyd edib ki, TANAP sabitlik və inkişaf layihəsidir.

Türkiyənin şimal-şərq hissəsində yerləşən Bayburt vilayəti TANAP qaz xəttinin keçəcəyi yerlərdən biridir.

TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə kimi nəqlini həyata keçirəcək.

İlkin olaraq, TANAP qaz xəttinin keçiricilik qabiliyyətinin ildə 16 milyard kub metr qaz olacağı gözlənilir. Təqribən altı milyard kub metr qaz Türkiyəyə, qalanı Avropaya çatdırılacaq.

Qaz Türkiyəyə 2018-ci ildə, Transadriatik qaz xəttinin (TAP) inşası başa çatdıqdan sonra isə Avropaya 2020-ci ildə çatdırılacaq.

BP şirkəti və TANAP konsorsiumu Türkiyədə bu il martın 13-də aksioner razılıq imzalayıblar. Razılığa əsasən, BP şirkəti TANAP-ın səhmdarlar heyətinə daxil olacaq. Bu razılıq BP-nin TANAP layihəsindəki payı ilə bağlı əsas sənədlərdən biridir.

Hüquqi tərəfdən rəsmiləşdirilmə prosedurları başa çatdıqdan sonra TANAP-ın səhmdarlar heyəti aşağıdakı kimi olacaq: SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) - 58 faiz, Botas - 30 faiz, BP - 12 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti