...

"Azərişıq" sədri rayon elektrik təchizatı idarələrinin rəhbərləri ilə görüşür

Energetika Materials 26 May 2015 17:04 (UTC +04:00)
“Azərişıq” ASC-nin sədri Baba Rzayev Mingəçevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirir.
"Azərişıq" sədri rayon elektrik təchizatı idarələrinin rəhbərləri ilə görüşür

Azərbaycan, Bakı, 26 may /Trend/

"Azərişıq" ASC-nin sədri Baba Rzayev Mingəçevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Mingəcevir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdilər, abidəsi önünə əklil və gül dəstələri qoydular.

Görüşdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir şəhəri və Mərkəzi Aran rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC yaradılıb.

"Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti