...

Donald Tuskun ofisi: “Azərbaycan qaz tədarükünün şaxələndirilməsi üzrə Aİ-nin əsas tərəfdaşıdır” (EKSKLÜZİV)

Energetika Materials 31 İyul 2015 11:11 (UTC +04:00)
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana rəsmi səfəri zamanı Avropa İttifaqının (Aİ) Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.
Donald Tuskun ofisi: “Azərbaycan qaz tədarükünün şaxələndirilməsi üzrə Aİ-nin əsas tərəfdaşıdır” (EKSKLÜZİV)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana rəsmi səfəri zamanı Avropa İttifaqının (Aİ) Azərbaycanla ikitərəfli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.

Bunu Trend-ə müsahibəsində Aİ-nin Beynəlxalq Əlaqələr üzrə Şurasının mətbuat katibi Suzanna Keyfer deyib.

S.Keyfer bildirib ki, D.Tusk həmçinin Azərbaycanın qaz tədarükünün şaxələndirilməsi üzrə Aİ-nin əsas tərəfdaşı olduğu energetika sahəsi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib: "Səfər zamanı D.Tusk ticarət əlaqələrinin genişlənməsi perspektivlərini müzakirə edib. Bunun üçün yaxşı idarəetmə və hüququn aliliyi mühüm məsələlərdir".

Mətbuat katibi qeyd edib ki, səfər zamanı D.Tusk Aİ-nin insan hüquqları və əsas azadlıqlara böyük əhəmiyyət verdiyini bildirib: "Aİ inanır ki, açıq cəmiyyət uzun müddətli sabitlik və tərəqqi üçün ən yaxşı zəmanətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti