Bakı. Trend:
2015-ci ildə 12 225 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 519 kilometr qaz kəməri əsaslı təmir edilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il 430 yaşayış məntəqəsi qazlaşdırılıb.
2016-cı il yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 811 309-a çatıb.