...

Qazsız qalmaq "növbəsi" bu rayonlara çatdı

Energetika Materials 13 May 2016 09:59 (UTC +04:00)
Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Qazsız qalmaq "növbəsi" bu rayonlara çatdı

Bakı. Trend:

Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 13-də saat 10:30-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı" və "Atbulaq", həmçinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Goranboy" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Atbulaq və Qızılburun, Kürdəmir rayonunun Sığırlı, Ərəbqubalı və Çöhranlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti