...

SOCAR-da Metyu Brayza ilə ekoloji məsələlər müzakirə olundu (FOTO)

Energetika Materials 20 Oktyabr 2016 17:07 (UTC +04:00)
SOCAR-da ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə görüş keçirilib.
SOCAR-da Metyu Brayza ilə ekoloji məsələlər müzakirə olundu (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabrın 20-də SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Finlandiyanın “Lamor” şirkətinin idarə heyətinin üzvü və “Lamor Turkey” şirkətinin baş direktoru Metyu Brayzanı və şirkətin digər nümayəndələrini qəbul edib.

Trend Dövlət Neft Şirkətinə istinadən məlumat verir ki, görüşün məqsədi SOCAR və “Lamor” şirkəti arasında birgə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübələrdən yararlanaraq, Azərbaycanda neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi olub.

R.Hüseynzadə SOCAR-ın indiyədək bu sahədə mühüm işlər gördüyünü və neft dağılmalarının qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Görüş zamanı SOCAR və “Lamor” arasında birgə əməkdaşlıq çərçivəsində gələcəkdə yarana biləcək digər ekoloji məsələlər də müzakirə edilib.

M.Brayza öz adından və “Lamor” şirkəti adından görüşün təşkilinə görə SOCAR rəhbərliyinə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti