...

Azərbaycan Ukraynada enerji layihələrində fəal iştirak etmək niyyətindədir

Energetika Materials 24 Yanvar 2018 18:05 (UTC +04:00)
Azərbaycan Ukraynada enerji layihələrində və tenderlərdə fəal iştirak etmək niyyətindədir
Azərbaycan Ukraynada enerji layihələrində fəal iştirak etmək niyyətindədir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Ukraynada enerji layihələrində və tenderlərdə fəal iştirak etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu “Ukrinform” agentliyinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycanın neft və neft məhsullarının Ukraynaya ixracı təşkil edir.

A.Xudiyevin sözlərinə görə, Azərbaycan Ukraynaya ayda 300 min tona yaxın neft, neft məhsulları, qaz-kondensat və enerji tələbatı üçün digər karbohidrogen xammalı ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti