Bakı. Maksim Tsurkov, Ləman Zeynalova - Trend:
Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycandan neftin nəqli davam edir.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, neftin nəqli normal qaydada davam edir: “Ola bilər ki, qısamüddətli dayanma olub”.
Qeyd edək ki, “Reuters” agentliyi Rusiyanın “Transneft” şirkətinə istinadən Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycandan neftin nəqlinin dayandırıldığını məlumat vermişdi.