...

Azərbaycan neftinin son qiyməti

Energetika Materials 4 İyun 2018 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,66 dollar/barel təşkil edib.
Azərbaycan neftinin son qiyməti

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,8 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,8 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,81 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,88 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti