Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 54,66 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,86 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 53,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 49,5 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,55 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 51,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,74 dollar/barel azdır.