Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycanda ötən gün baş vermiş zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib.
Trend-in məlumatına görə, bunu “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin deyib.
O bildirib ki, neftin qəbulu və ötürülməsi plana uyğun şəkildə davam edir.
Bununla belə, o əlavə edib ki, qasırğa ilə əlaqədar “Transneft” Novorossiysk limanında neft və neft məhsullarının yüklənməsi işini dayandırıb:
“Ötən gün axşam saatlarında Novorossiyskdə qasırğa başlayıb. Küləyin sürəti saniyədə 17 metrə, dalğaların hündürlüyü 2,5 metrə çatıb. Bütün işlər dayandırılıb, qasırğanın bir sutka sonra səngiyəcəyi gözlənilir”.