...

Departament rəhbəri: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azəbaycanın qeyri-neft sektorunda ən böyük paya malik olacaq (VİDEO)

Energetika Materials 7 Aprel 2019 23:03 (UTC +04:00)
"Logistic Hub" Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında ən önəmli layihələrdən biridir.
Departament rəhbəri: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azəbaycanın qeyri-neft sektorunda ən böyük paya malik olacaq (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Logistic Hub" Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında ən önəmli layihələrdən biridir.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının departament rəisi Xudayar Həsənli deyib.

X.Həsənli Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, bu sahədə həyata keçirilən ən iri layihələrdən birinin “Logistic Hub” olduğunu bildirib:

"Logistic Hub" deyəndə burada təkcə liman yox, kompleks şəkildə həm də azad zona, dəmir yolu, gəmiçilik, yükdaşma və tranzit nəzərdə tutulur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə bunların düz mərkəzində yer tutur. Bu, Azərbaycanda qeyri-neft sektoruna birbaşa xidmətdir".

O əlavə edib ki, gələcəkdə yükaşırma potensialını 25 milyon ton, o cümlədən 500 000 TEU konteyner nəzərdə tutan ikinci fazadan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nəinki Azəbaycanda, bütün regionda ən böyük liman kimi ölkəmizin qeyri-neft sektorunda ən böyük paya malik ola biləcək.

Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə "Ro-Ro" və "Ro-Pax" tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti