SOCAR son iki ildə İtaliyaya 16 milyon tonadək Azərbaycan nefti nəql edib

SOCAR son iki ildə İtaliyaya 16 milyon tonadək Azərbaycan nefti nəql edib

Bakı. Trend:

Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən xəbər verilib.

Məlumata əsasən, Komissiyanın iclasında çıxış edən Energetka naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin uğurla inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb.

Bilidirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7% artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib və 10,5%-lik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb. Energetika naziri indiyə kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard ABŞ dolları investisiya yatırıldığını diqqətə çatdırıb.

İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını və ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən son iki ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb:

“Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək və bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin, 90%-dən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda və dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edirik. İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji ilə təminat, eləcə də dekarbonizasiya kimi məsələlərin həllinə də töhfə veriləcək.”

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, inkişaf göstəriciləri, iqtisadiyyatın şaxələndirilməsi və biznes mühitinin əlverişliliyinin artırılması istiqmətində görülən tədbirlərdən də bəhs edib. İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkanlardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlıqda iştiraka dəvət edib.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bildirib ki, komissiyanın iclası mövcud əməkdaşlığın dəyərləndirilməsinə və yeni istiqamətlər üzrə əlaqələrin inkişafında mühüm rol oynayacaq. Azərbaycan iqtisadi və enerji sahələrində İtaliyanın regionda diqqət yetirdiyi vacib ölkələrdən biridir.

İclasda ticarət-iqtisadi, enerji, infrastruktur-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə tədbirlər müəyyənləşdirilib. AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları nəzərdən keçirilib.

Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri-Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano imzalayıblar.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici di Maio, İqtisadi İnkişaf naziri Stefano Patuanelli və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano ilə görüşüb. Görüşlərdə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları müzakirə edilib, siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-İtaliya ticarət iqtisadi tərəfdaşlığının, xüsusilə də enerji sahəsində strateji xarakter daşıdığı, hökumətlərarası komissiyanın iclasının və keçirilən görüşlərin bu münasibətləri möhkəmləndirən mühüm addımların atılmasını təmin edəcəyi qeyd olunub.

Energetika naziri həmçinin İtaliyanın “Maire Tecnimont”, “Ansaldo Energia”, “Tenaris” və “Technip İtaly” də daxil olmaqla 8 şirkətinin rəhbərləri ilə də görüşlər keçirib.

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-MN
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub-MN
Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik - Türkiyənin nəqliyyat və infrastruktur naziri (ÖZƏL)
Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik - Türkiyənin nəqliyyat və infrastruktur naziri (ÖZƏL)
Ermənilərin dağıtdığı evlərin tikintisi yekunlaşır – Bu günlərdə yaşayış başlayacaq (Trend TV)
Ermənilərin dağıtdığı evlərin tikintisi yekunlaşır – Bu günlərdə yaşayış başlayacaq (Trend TV)
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusdan ölənlərin sayı 130 minə çatıb
Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb
Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır
Şokoladın səbəb ola biləcəyi xəstəliklər açıqlanıb
Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun məbləği açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 996 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
SOCAR Ukraynaya 22 min tona yaxın Litva benzini tədarük edib
Hər birimiz yanğın təhlükəsizliyinə həssaslıqla yanaşmalıyıq - Deputat
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev
ÜST koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməyə çağırır
Yardımlıdakı meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir (FOTO)
Türkiyədə meşə yanğınları 7 vilayəti əhatə edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Türkiyədə bir sıra görüşlər keçirir (FOTO)
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub (FOTO)
Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı (FOTO)
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub
MİQ imtahanlarında bu fənlər üzrə vakant yerlər tam dolmayıb (FOTO)
MTRŞ müsabiqə iştirakçılarının heç birinə lisenziya vermədi - SƏBƏB
Orta məktəblər sentyabrda açılacaq? - Nazir AÇIQLADI
Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında... (FOTO)
Müəllimlərin dərs saatlarını azaltmağı düzgün hesab etmirik - Təhsil naziri
Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil - Nazir
Ağdamda bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi - Fransalı deputat (ÖZƏL) (FOTO/VİDEO)
Sumqayıtda narkotik satışı ilə bağlı daha üç nəfər saxlanılıb (FOTO/VİDEO)
Müəllim işləmək üçün ən çox vakansiya bu fənlər üzrə təqdim olunur
Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub
Riyaziyyat və ingilis dili imtahanları nisbətən çətin olub - Emin Əmrullayev
Müdafiə naziri azad olunmuş ərazilərdəki bir neçə yeni hərbi hissədə olub (FOTO/VİDEO)
Ərdoğan Ali Hərbi Şuranın iclasını keçirib
ABŞ-dan diri quş və quşçuluq məhsullarının idxalına qoyulan qadağa götürülüb
Son üç ildə işə qəbul olunan müəllimlərin sayı açıqlandı
Gürcü ağır atlet Olimpiya oyunlarında dünya rekordunu yeniləyib
Nigeriyada kəndlərə hücum olub, 70-ə yaxın sakin qətlə yetirilib
“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Ağsuda toy təşkilatçısı cərimələnib (VİDEO)
DANX-da yüksək vəzifəyə təyinat olub
İspaniyadan bəzi məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub
“Məşğulluq marafonu”na qoşulan sahibkarların sayı artır
Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığı nümunə kimi gəstərilir - Deputat
İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir
Sabirabadda qətl hadisəsində təqsirləndirilən şəxslərin işi məhkəməyə göndərilib
Yaponiyada koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb
Türkiyədə antiterror əməliyyatında 2 terrorçu zərərsizləşdirilib
Birinci yarımil icbari tibbi sığorta üzrə 9 milyondan çox tibbi xidmət göstərilib (FOTO)
Daha üç qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO)
Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı olub
Erməni təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrinin bərpası üçün yeddi milyon manat ayrıldı
İranda koronavirusa yoluxanların sayı 4 milyonu keçib
Azərbaycana məxsus PUA-nın guya Ermənistana keçməsinin qarşısının alınması barədə yayılan məlumat yalandır - MN
Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Hövsandakı yanğına görə stansiya rəisi 3 min manat cərimələnib
Dövlət qulluğuna qəbulla bağlı edilən əsas dəyişikliklər açıqlanıb
Rezidenturaya və hərbi liseylərə qəbul imtahanı keçirilib
Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert
Livan İsrailə raket zərbələri endirib (VİDEO)
"WhatsApp"da yeni funksiya işə salınır
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olunub
İranda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb
Yardımlıdakı meşə yanğını lokallaşdırılıb
Azərbaycanda yemişin yeni sortları yaradılıb (FOTO)
BOS Şelf şəhid ailəsi üzvlərini və Vətən müharibəsi qazilərini işlə təmin edən ən fəal şirkətlərdən biridir – Dövlət Məşğulluq Agentliyi
ABB-dən milli paralimpiya komandasına dəstək
Tokio-2020: Azərbaycan boksçusuna medal təqdim olunub
Lənkərandakı meşə yanğını söndürülüb
Türkiyə gözləmə otağı olmayacaq - Fəxrəddin Altun
Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə artıq 264 nəfər işlə təmin edilib
Karantini pozan restoran sahibi 4 min manat cərimələnib (FOTO)
Çexiyada sərnişin qatarları toqquşub - Ölənlər və yaralılar var (FOTO)
DİN Xəzər rayonundakı qətllə bağlı iddialara cavab verib
Sabah 41 dərəcəyədək isti olacaq
Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb
Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara münasibət bildirib
Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
İslahatlar yalnız ordunun döyüş qabiliyyətini yüksəltməyə hesablanb - Hərbi ekspert
İsmayıllıda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
Sərhədçilərimizi öldürən İran vətəndaşının cinayət işi məhkəməyə göndərilib, daha iki nəfər axtarılır
Bankomatların sayı 8, ödəniş terminalları isə 17 faiz artırılıb
Ani Ödənişlər Sistemi üzrə ödənişlərin həcmi 97 milyon manat olub
İranda aeroportlar fəaliyyətini dayandıracaq
İnternet bankçılıq üzrə köçürmələr 59 faiz, mobil bankçılıq üzrə isə 2,4 dəfə artıb
Xaricdə təhsil alan 38 nəfərin diplomu tanınmayıb
Nağdsız ödənişlərin həcmi 55,6 faiz artıb
Hökumət Ödəniş Portalı ilə 2 milyard manata yaxın ödəniş edilib
Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun 130 km-lik hissəsinin genişləndirilməsi gələn il yekunlaşacaq (FOTO)
Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçiriləcək
Azərbaycan nefti ucuzlaşır
Milli Ödəniş Sistemi ilə aparılan əməliyyatların həcmi açıqlanıb
“Aquavita” suyunu içmək nə üçün faydalıdır? Mineral su haqqında vacib bilgilər (FOTO)
Bu il Azərbaycan Dövlət Aqrar Universitetinə magistratura səviyyəsi üzrə qəbul planı 94% dolub
Avqustda hava necə olacaq? - Aylıq proqnoz
Lənkəranda "patı" əməliyyatında biri qadın olmaqla altı nəfər saxlanılıb (FOTO)
Serbiyanın Rusiyadakı səfiri ölüb
İsraildə açıq havada maska taxmaq yenidən məcburi olacaq
Saxta əlillik sənədi hazırlayan baş həkimə cinayət işi açıldı
Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb (FOTO)
Bütün xəbərlər