...

Yeni tikiləcək külək elektrik stansiyası qaza qənaət edəcək, ekologiyaya müsbət təsir göstərəcək - Baba Rzayev

Energetika Materials 29 Dekabr 2020 18:42 (UTC +04:00)
Yeni tikiləcək külək elektrik stansiyası qaza qənaət edəcək, ekologiyaya müsbət təsir göstərəcək - Baba Rzayev

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda tikiləcək 240 meqavatt gücündə külək elektrik stansiyası iqtisadiyyatın inkişafına əlavə stimul verəcək, enerji dayanıqlılığının təmin olunmasına töhfə verəcək, qazın qənaət olunmasına imkan yaradacaq və ekologiyaya müsbət təsir göstərəcək.

Trend-in məlumatına görə, bunu "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Energetika Nazirliyi və " Acwa Power " (Səudiyyə Ərəbistanı) və bu şirkətlə "Azəerenerji" arasında külək elektrik stansiyası üzrə investisiya sazişi, Enerji alqı-satqısı müqaviləsi və Ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanması mərasimində deyib.

O bildirib ki, "Azərenerji" ASC bu pilot layihə çərçivəsində texniki göstəriciləri hazırlayaraq hökumətə təqdim etməklə bütün öhdəliklərini yerinə yetirib və yeni elektrik stansiyasının ölkə enerji sisteminə qoşulmasını təmin edəcək.

B.Rzayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafı enerji sektoruna yeni yanaşmalar tələb edir:

"Ona görə də ölkədə alternativ enerjinin inkişafına böyük diqqət ayrılır. Ölkənin enerji sektorunda aparılmış islahatların bir hissəsi alternativ enerji mənbələri ilə bağlı olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti