...

Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama

Energetika Materials 10 Aprel 2021 11:35 (UTC +04:00)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama

Bakı. Ceyla Əliyeva - Trend:

Türkmənistanın enerji sektoru Kanada üçün maraq kəsb edir.

Bunu Trend-ə Kanada Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu sektor Kanada üçün 2021-ci ilin yanvarında Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi barədə anlaşma memorandumunun imzalanması ilə Xəzərdə geniş əməkdaşlıq potensialı nəzərə alınmaqla maraq kəsb edir.

Eyni zamanda Kanada ilə Türkmənistanın səhiyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün potensial mövcuddur.

Qeyd edək ki, Kanadanın "Buried Hill" şirkəti Xəzərin Türkmənistan şelfində kəşfiyyat qazma işləri aparır.

"Thermo Design Engineering" isə Türkmənistanın şərq regionlarında qaz yataqlarında işlər həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti