...

BP AÇG-də qazılan quyuların sayını açıqlayıb

Energetika Materials 29 Aprel 2021 14:47 (UTC +04:00)
BP AÇG-də qazılan quyuların sayını açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" blokunda 3 neft hasilatı və 2 suvurma quyusu qazılıb.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

2020-ci ilin birinci rübündə 4 neft hasilatı quyusu qazılmışdı.

Qeyd edədk ki, 2021-ci ilin birnci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 484 min barel təşkil edib.

İlin birinci rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (112 000), Qərbi Azəri (130 000), Şərqi Azəri (79 000), Dərinsulu Günəşli (89 000) və Qərbi Çıraq (44 000) platformalarından birlikdə – gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olub

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti