...

Kanada şirkəti Türkiyədə qaz anbarı layihəsi ilə bağlı SOCAR-ın təsdiqini gözləyir

Energetika Materials 9 İyun 2021 10:39 (UTC +04:00)
Kanada şirkəti Türkiyədə qaz anbarı layihəsi ilə bağlı SOCAR-ın təsdiqini gözləyir

Bakı. Ləman Zeynalova - Trend:

Kanadanın "BitCan Geosciences & Engineering Inc" şirkətinin Türkiyədəki "Tuz gölü" yeraltı qaz anbarının genişləndirilməsi layihəsi çərçivəsində gələcək fəaliyyət planı SOCAR və Türkiyənin BOTAŞ şirkətləri tərəfindən təsdiqlənməlidir.

Bu barədə Trend-ə Kanada şirkətindən bildiriblər.

Qeyd olunub ki, şirkət ötən ilin payızında "Tuz gölü" layihəsi çərçivəsində müəyyən işlər həyata keçirib:

"İlkin olaraq, biz bu il yaz aylarında Türkiyəyə gəlməyi planlaşdırırdıq. Amma layihənin icrası ilin sonuna kimi dayandırılıb və biz hazırda SOCAR və BOTAŞ tərəfindən gələcək fəaliyyətin təsdiqini gözləyirik".

Xatırladaq ki, 2019-cu ilin oktyabrında SOCAR AQS və "China CAMC Engineering Co. Ltd. - IC İçtaş Construction Industries & Trade Inc" şirkətləri "Tuz gölü" yeraltı qaz anbarının genişləndirilməsi çərçivəsində qazma işləri barədə müqavilə imzalayıb.

Layihə çərçivəsində 40 quyunun qazılması nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti