...

SOCAR Gürcüstanda bir qəsəbəni qazlaşdırıb

Energetika Materials 23 İyul 2021 17:32 (UTC +04:00)
SOCAR Gürcüstanda bir qəsəbəni qazlaşdırıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın Tetritskaroy bələdiyyəsinin Manqlisi qəsəbəsini qazla təchiz edib.

Trend bu barədə SOCAR-ın Gürcüstandakı törəmə müəssisəsinə istinadən məlumat verir.

Ölkənin iqtisadiyyat naziri Natiya Turnava bildirib ki, Manqlisi qəsəbəsində yaşayan 1 600 ailə təbii qazla təmin olunub. Onun sözlərinə görə, qəsəbənin qazla təchiz olunması ilə bağlı işlər bir il əvvəl başlamışdı.

Qeyd edək ki, SOCAR Gürcüstanda 24,3 min kilometr uzunluğunda qazpaylayıcı şəbəkəsinə malikdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti