...

Azərbaycandan Aİ-yə neft yağları ixracı 3,2 milyard avronu ötüb

Energetika Materials 13 Avqust 2021 18:03 (UTC +04:00)
Azərbaycandan Aİ-yə neft yağları ixracı 3,2 milyard avronu ötüb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə neft yağı, bituminoz mineraldan alınan yağ və neft ixracı 3,2 milyard avrodan çox olub.

Bu barədə Trend-ə Aİ-nin Statistika Xidmətindən (Eurostat) bildiriblər.

Qeyd olunub ki, ixracın məbləği yanvarda 500,2 milyon avro, fevralda 776 milyon avro, martda 606,6 milyon avro, apreldə 646,1 milyon avro, mayda 694,8 milyon avro təşkil edib.

Hesabat dövrü ərzində Azərbaycan Aİ ölkələrinə yanvarda 1,6 milyon ton, fevralda 2,28 milyon ton, martda 1,59 milyon ton, apreldə 1,7 milyon avro, mayda 1,78 milyon ton məhsul ixrac edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Aİ ölkələrinə 6,2 milyard avro məbləğində 22,1 milyon ton neft yağı, bituminoz mineraldan alınan yağ və neft ixrac etmişdi.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti