...

TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır

Energetika Materials 19 Oktyabr 2021 20:24 (UTC +04:00)
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik qaz kəməri (TAP) qaz qiymətlərinin artımının qismən qarşısını alır.

Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, Avropada təbii qazın qiymətlərinin kəskin artımı sistemli xarakter daşıyır: "Asiyada, xüsusən Çində istehlakın artması, Avropada hasilatın azalması və pandemiyadan sonra tələbin artması burada rol oynayır. TAP artıq 5 milyard kubmetr qaz nəql edib ki, bu da İtaliyaya və Avropaya tədarükün təhlükəsizliyinə kömək edib. TAP-a qədər İtaliya qaza görə Mərkəzi və Şimali Avropa ölkələrindən daha çox ödəyirdi. İndi isə fərq sıfıra bərabərdir".

L.Skyeppati qeyd edib ki, TAP İtaliyanın milli istehlakının 10-11 faizinə bərabər həcmdə qaz nəql edir: "Hazırkı vəziyyətdə TAP qiymət artımının qarşısını qismən ala bilir. Eyni infrastrukturu istifadə etməklə, TAP qaz və hidrogen qarışığını nəql edə və bununla da təmiz enerjiyə keçiddə fəal iştirak edə bilər".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti