...

Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir

Energetika Materials 19 Oktyabr 2021 17:30 (UTC +04:00)
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir

Bakı. Sədrəddin Ağcayev Trend:

Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Dövlət Statistika Komitəsinin "Hasilat Sənayesində Şəffaflıq" portalının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanın hasilat sənayesində daha çox şəffaflığın təmin olunması ölkəyə əlavə investisiyaların cəlb olunmasına xidmət edəcək: "2020-ci ildə Dövlət Statisika Komitəsi tərəfindən portal hazırlanıb və bu portala ölkənin hasilat strukturlarının sistemləri inteqrasiya olunub. Bu, əhaliyə şəffaf informasiyanın təqdim olunması məqsədi daşıyır. Bu istiqamətdə nazirlik tərəfindən bir sıra müsbət addımlar atılıb".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti