...

İon-Adriatik boru kəmərinin investisiya dəyəri açıqlanıb

Energetika Materials 5 Fevral 2022 11:35 (UTC +04:00)
İon-Adriatik boru kəmərinin investisiya dəyəri açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Cənub-Şərqi Avropaya nəqlini nəzərdə tutan İon-Adriatik boru kəmərinin (IAP) tikintisi layihəsinin reallaşdırılması üçün 600 milyon avro həcmində investisiya tələb olunacaq.

Trend bu barədə Xorvatiya KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesablamalar IAP layihəsinin iştirakçılarından biri olan "Plinacro" (Xorvatiya) şirkəti tərəfindən həyata keçirilib. "Plinacro", həmçinin Xorvatiyanın Split şəhərində "Bonus" (Monteneqro), "Albgaz" (Albaniya) və "BH-Gas" (Bosniya və Herseqovina) şirkətləri ilə birgə layihə şirkətinin yaradılmasını təklif edir.

Şirkət bildirir ki, IAP layihəsi plana uyğun inkişaf edir. Xorvatiya artıq gələcək qaz kəmərinin bəzi sahələrinin tikintisi üçün icazə verib, Albaniya və Monteneqro öz ərazilərindəki sahələrin konseptual layihələrini hazırlayıb.

Albaniyanın Fiere şəhərində IAP Trans-Adriatik boru kəməri ilə birləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti